XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Millimiz Portuqaliyaya məğlub oldu
İdman 22:14 / 07.09.2021
Bu gün futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti turun oyunları keçirilib. DÇ-2022-nin seçmə mərhələsində A qrupunda mübarizə aparan millimiz Bakıda növbvəti oyununa çıxıb. Komandamız Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. İtaliyalı FIFA referisi Marko Quidanı idarə etdiyi oyunda Portuqaliya yığması 3:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Bernardu Silva, Andre Silva və Diogo Jota fərqləniblər.

Bu qələbədən sonra aktivindəki xallarının sayını 13-ə çatdıran Portuqaliya millisi qrupda birinci pillədə qərarlaşıb. Ikinci pillədə yer alan Serbiyanın aktivində 10 xal var. Lüksemburq 6 xalla üçüncüdür. Hesabında 1 xal olan İrlandiya və Azərbaycan seçmə komandaları isə 4-5-ci pilləni bölüşürlər.

Millimiz növbəti oyununu oktyabrın 9-da doğma meydanda İrlandiya komandasına qarşı keçirəcək.

32076 oxunub

InvestAZ