XƏBƏR LENTİ
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Tokio-2020: yoluxma qeydə alınıb
İdman 15:48 / 15.07.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi ilk dəfə qarşıdan gələn yarışın iştirakçıları arasında koronavirusa yoluxma hallarının baş verdiyini açıqlayıb.
İnfeksiya ölkə xaricindən gələn idmançı və təşkilati işlərlə məşğul olan şəxsdə aşkarlanıb. Məxfiliyi təmin etmək üçün yoluxanların şəxsi məlumatlarının açıqlanmayacağı vurğulanıb.
Təşkilatçılar həmin şəxslərin hələlik qaydalarla müəyyən edilmiş 14 günlük karantinə alınmadığını bildirib. Onlar Tokiodakı Olimpiya kəndində yerləşdirilməyəcəklər. Eyni zamanda, qaldıqları yer barədə də məlumat verilməyəcək.
Daha əvvəl İsrail, Uqanda və Serbiya idmançılarında virus çıxması ilə bağlı xəbərlər yayılsa da, Təşkilat Komitəsi bunu təsdiqləməyib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

31939 oxunub

InvestAZ