XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



FIFA prezidenti Bakıya gəlir
İdman 14:47 / 20.06.2021
FIFA prezidenti Canni İnfantino Avro-2020-nin A qrupu çərçivəsində təşkil olunacaq İsveçrə-Türkiyə oyununu izləmək üçün paytaxtımıza gəlib. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Türkiyə millisi ilk turda Romadakı "Olimpiko” stadionunda İtaliyaya 0:3, Bakı Olimpiya Stadionunda isə Uelsə 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub. Bakı Olimpiya Stadionu, həmçinin iyulun 3-də isə 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

29343 oxunub

InvestAZ