XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AVRO-2020: Üçqat Avropa çempionları Polşanın müqavimətini qıra bilmədi​
İdman 01:50 / 20.06.2021
AVRO-2020-də bütün qruplarda II turun oyunlarına yekun vurulub. Turun son oyununda E qurupunda yer alan İspaniya millisi Sevilyadakı "Estadio La Cartuja" stadionunda Polşa komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmada hesab 25-ci dəqiqədə açılıb. Alvaro Morata dəqiq zərbə ilə "qırmızı furya”nı hesabda irəli çıxarıb. Lakin ispanlar bu hesabı sona qədər qoruya bilməyiblər. Matçın 54-cü dəqiqəsində Robert Levandovski hesabı bərabərləşdirib. İspaniya millisi tezliklə hesabda önə keçmək üçün əlverişli şans qazansa da, Jerar Moreno penaltini dəqiq yerinə yetirə bilməyib. Beləliklə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeydə alınan nəticələrdən sonra E qrupuna aktivində 4 xalı olan İsveç millisi başçılıq edir. Slovakiya isə 3 xalla ikincidir. Üçüncü pillədə qərarlaşan üçqat Avropa çempionu İspaniyanın 2 xalı var. Polşa isə 1 xalla qrup sonuncusudur.


30545 oxunub

InvestAZ