XƏBƏR LENTİ
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Dana Uayt UFC-nin gələcək ulduzlarını açıqladı
İdman 17:30 / 09.06.2021
UCF-nin prezidenti Dana Uayt liqa döyüşçülərindən kimin dünya səviyyəsində məşhur olacağı və ödənişli yayımlardan yaxşı gəlir əldə edəcəyi barədə fikirlərini bölüşüb. Onun siyahısına minimal qadın çəki dərəcəsində hazırki çempion Rouz Namayunas, yarımyüngül çəki dərəcəsində Brayan Orteqa və yarımorta çəki dərəcəsində kəmər sahibi Kamaru Usmanı daxil edilib.
"Rouz Namayunas sonuncu döyüşdə (Can Veyliyə qalib gəlib) əsl ulduz oldu. O, ecazkar görünürdü. İnsanlar onu çox sevir. Əgər Rouz qələbə qazanmağa davam edərsə və bir necə il çempion kəmərini qoruyub saxlaya bilərsə, düşünürəm ki, əsl PPV ulduzuna çevriləcək. Brayan Orteqa titulu qazanarsa, həmçinin, küllü miqdarda satışlara səbəb ola bilər. Bəlkə bəziləri mənə güləcək çünki ondan hansısa səbəblərə görə xoşları gəlmir, amma, mən Kamaru Usmanın da adını çəkəcəyəm. K.Usman qələbələrini davam edərsə, gələcəkdə böyük PPV ulduzu ola bilər”, deyə D.Uayt qeyd edib.

32760 oxunub

InvestAZ