XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Erməni əsilli jurnalist Bakıya buraxılmayacaq
İdman 11:36 / 09.06.2021
"Matç TV" telekanalının şərhçisi, erməni əsilli jurnalist Nobel Arustamyan Avro-2020-nin Bakıdakı matçlarına buraxılmayacaq.
O, görüşlərdə iştirak etmək üçün UEFA-dan akkreditasiya ala bilməyib. AFFA-nın icarçı vitse-prezidenti Elxan Məmmədov isə məsələyə belə münasibət bildirib: "Məsələ barədə məlumatımız var. Vəziyyətə aydınlıq gətirmək üçün ilk növbədə onu qeyd etməliyəm ki, AVRO-2020 UEFA-nın bayrağı altında vahid sistem şəklində təşkil olunur. Bu, eyni zamanda UEFA-nın akkreditasiya qeydiyyatı sisteminə də aiddir. Yəni akkreditasiya üçün müraciət etmiş hər hansı şəxslə bağlı AVRO-2020-nin oyunlarının keçiriləcəyi 11 şəhərin hər birinin Təşkilat Komitəsi tərəfindən təsdiq cavabı gəldikdən sonra qeydiyyat təsdiqlənir və müraciət edən şəxs akkreditasiyadan keçmiş hesab olunur. Konkret bu situasiyada adı qeyd olunan media nümayəndəsi hər hansı problemə üzləşibsə, ona tövsiyə edərdik ki, bununla əlaqədar UEFA-ya müraciət etsin. Bir məqamı da qeyd etməliyəm ki, həmin şəxs ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə qanunlarımızı pozub.

18113 oxunub

InvestAZ