XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



Kobi Brayantın adı şöhrət zalında daxil edildi
İdman 14:54 / 16.05.2021
"Lakers” basketbol klubunun keçmiş oyunçusu Kobi Brayantın adı ölümündən sonra Ceyms Neysmit adına basketbol şöhrət zalına daxil edilib. NBA-nın məlumatına görə, mərasim ABŞ-da təşkil olunub. Şöhrət zalına həmçinin NBA-nın çempionları Tim Dankan və Kevin Qarnet, NBA qadın çempionu, Olimpiya çempionu Tamika Ketçinqs, məşqçilər Rudi Tomyanoviç, kim Malki, Barbara Stevens, Eddi Satton, menecer Patrik Bauman da daxil edilib.
Şöhrət zalına daxil olan şəxslərin adları 2020-ci ilin aprel ayında elan olunub. Mərasimin avqust ayında keçirilməsi planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salınmışdı.
Xatırladaq ki, 41 yaşlı Kobi Brayant 2020-ci il yanvar 26-da Los-Anceles yaxınlığında şəxsi helikopterdə səyahət edərkən qəzaya düşüb. Nəticədə helikopterdə olan basketbolçunun 13 yaşlı qızı Cianna, pilot və daha səkkiz sərnişin həlak olub.

31748 oxunub

InvestAZ