XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



FIDE-nin yeni reytinq cədvəli açıqlanıb
İdman 12:40 / 01.05.2021
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il mayın 1-nə olan reytinq siyahısını açıqlayıb.
Dünyanın ən güclü şahmatçıları arasında ilk onluqda yer alan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməyib. Belə ki, Ş.Məmmədyarov (2770) səkkizinci, T.Rəcəbov (2765) isə onuncu pillədədirlər.
Digər şahmatçılarımız 2665 xalla Nicat Abbasov və Qədir Hüseynov 72-73-cü sırada yer alıblar. Rauf Məmmədov (2654 xal) 1 pillə irəliləyərək 89-cu sırada qərarlaşıb.
Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 80-ci, Xanım Balacayeva (2376) isə 89-cu yerdədirlər.
Qadın şahmatçılar arasında isə birinci pillədə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.

29766 oxunub

InvestAZ