XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib
Olimpiya oyunları 17:11 / 11.12.2020
Parisdə 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının boks yarışlarının proqramında dəyişiklik edilib. Bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib. Belə ki, Fransanın paytaxtında təşkil olunacaq Oyunların proqramının müzakirəsi zamanı komitə iştirakçıların sayını azaltmaq barədə qərar qəbul edib. Boksçuların Parisdəki turnirində 252 idmançı mübarizə aparacaq. Bu rəqəm gələn il baş tutacaq Tokio-2020 Yay Olimpiya Oyunlarında 286-ya bərabər olacaq. Fransa paytaxtında medal dəstlərinin ümumi sayında dəyişiklik edilməyəcək. Ümumilikdə, 13 dəst mükafat sahibini tapacaq. Amma Tokio-2020 ilə müqayisədə dəyişiklik reallaşacaq. Yaponiyada kişilər 8, qadınlar 5 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəksə, Parisdə kişilər 7, qadınlar 6 kateqoriyada yarışacaqlar.

Beynəlxalq Olimpiya Komitəsinin məlumatında bildirilir ki, Paris Olimpiadasında boksun tarixində ilk dəfə gender bərabərliyi təmin olunacaq. Çəki dərəcələri isə 2021-ci ilin sonuncu rübündə dəqiqləşəcək. Ümumilikdə, Tokio-2020-də 339 medal dəsti oynanılacaqsa, Paris-2024-də bu rəqəm 329-a endiriləcək.

30332 oxunub

InvestAZ