XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Tokio-2020-nin 810 min bileti qaytarılıb
Olimpiya oyunları 16:27 / 04.12.2020
Koronavirus pandemiyası üzündən 2020-ci ildən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının geri qaytarılan biletlərinin sayı bəlli olub.
Təşkilat Komitəsinin satdığı 4,45 milyon biletdən 810 mini qaytarılıb.
Bu, realizə olunanların təxminən 18 faizidir. Həmin biletlər yenidən satışa çıxarılacaq.
Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

32071 oxunub

InvestAZ