XƏBƏR LENTİ
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026



Çempionlar Liqası: "Qarabağ" Bakıda "Ayaks"a məğlub oldu
İdman 23:52 / 10.12.2025

"Qarabağ" klubu Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun qonaq kpmanda qələbəyə sevinib - 2:4. Matçda hesabı 10-cu dəqiqədə "Qarabağ"ın futbolçusuKamilo Duran açıb. Lakin ilk yarıda - 39-cu dəqiqədə qonaqların heyətində Kasper Dolberq hesabı bərabərləşdirib. Matçın47-ci dəqiqəsindəMateus Silva "Köhlən atları" yenidən hesabda irəli çıxarıb. Təssüf ki, "Ayaks" klubu oyunun sonlarına yaxın matçın axarını öz xeyrinə dəyişib. Əvvəlcə79-cu dəqiqədə Oskar Qlux hesabı bərabərləşdirib. 83-cü və 90-cı dəqiqələrdə isə Anton Qoei dəqiq zərbələrlə "Ayaks"ın 4:2 hesablı qələbəsini rəsmiləşdirib. Ağdam klubu bu oyundan sonra 7 xalla 21-ci pillədə qərarlaşıb. İlk qələbəsini qazanan "Ayaks" isə hazırda 3 xalla 33-cüdür.


3593 oxunub

InvestAZ