XƏBƏR LENTİ
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını qazandı
İdman 19:26 / 10.11.2025

Azərbaycan komandasıSəudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını qazanıb.

Olimpnews.az xəbər verir ki, Azərbaycanın cüdo üzrə millisi qarışıq komanda yarışlarının finalında Özbəkistan yığmasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan komandamız ilk mərhələdə Səudiyyə Ərəbistanı yığmasına 4:0, yarımfinalda isə Qazaxıstan seçməsinə4:1 hesabı ilə qalib gəlib.

Bununla da Ər-Riyad-2025-in cüdo yarışlarına yekun vurulub.

Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışların əvvəlki günlərində keçirilən fərdi yarışlarda 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmışdılar.



2866 oxunub

InvestAZ