XƏBƏR LENTİ
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025
18 İyun 2025
17 İyun 2025
15 İyun 2025



ACF hakimlər üçün seminar təşkil edib
İdman 11:21 / 15.05.2025

Mayın 14-də Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində hakimlər üçün nəzəri və praktiki seminar təşkil olunub.

Təlimdə bu ildən Beynəlxalq Cüdo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalar nəzərdən keçirilib. Həmçinin mayın 17-də keçiriləcək U-20 gənclər arasında ne-vaza üzrə ACF Kubokuna hakimlərin son hazırlıq səviyyəsi yoxlanılıb. Seminar zamanı iştirakçılara praktiki tapşırıqlar təqdim olunub, yaranan suallar ətraflı şəkildə cavablandırılıb. Həmçinin son yarışlardan seçilmiş kadrlar izlənilərək müzakirə edilib.

ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilən seminar hakimlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, həmçinin qarşıdakı yarışlarda peşəkar çıxış üçün əlavə hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, seminarda hakimlərin əsas heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlimlərə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.


2446 oxunub

InvestAZ