XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



III MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək
İdman 11:39 / 23.04.2025

Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi məkan açıqlanıb. Oyunlara dair keçirilmiş mətbuat konfransında məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova bildirib ki, turnirin açılış mərasimi 28 sentyabrda, bağlanış tədbiri isə 8 oktyabrda Gəncə şəhər stadionunda təşkil olunacaq.

O, həmçin multi-idman tədbirində təxminən 5500 idmançı və nümayəndə heyətinin iştirak edəcəyinin proqnozlaşdırıldığını bildirib.

Qeyd edək ki, III MDB Oyunları Gəncə ilə yanaşı, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində də təşkil olunacaq. Proqramda 23 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulur.



16261 oxunub

InvestAZ