XƏBƏR LENTİ
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



2025-ci ilin “İdman səfirləri” elan edildi
İdman 17:49 / 18.03.2025
Martın 18-də Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda gündəliyə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
İclasda ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament müzakirə olunaraq qəbul edilib. Daha sonra idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb. Kollegiya qərarı ilə bir qrup idman mütəxəssisi "Fəxri bədən tərbiyəsi və idman işçisi" fəxri adına layiq görülüb.
Bundan başqa, 2024-cü ilin "İdman səfirləri”nin hesabatı dinlənilib və qəbul edilib. Həmçinin "İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə təsdiq olunub. Sonda 2025-ci il üçün "İdman səfirləri”nin təqdimatları olub və səsvermə ilə 11 namizəd arasından 5 nəfər - Aliyə Paşayeva (bədii gimnastika), Fəridə Əzizova (taekvondo), Orxan Səfərov (cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Xəyyam Orucov (milli idman növləri) 2025-ci il üçün "İdman səfiri” seçiliblər.

12516 oxunub

InvestAZ