XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026



Azərbaycan Basketbol Federasiyası hakimlərlə bağlı etirazlarla əlaqədar açıqlama yayıb
İdman 19:57 / 19.01.2025

Azərbaycan Basketbol Federasiyası (ABF) XI turun oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən edilən etirazlarla əlaqədar açıqlama yayıb.

ABF-nin açıqlamasında oyunların izlənilərək yenidən təhlil edildiyi bildirilib. 

"XI turun geridə qalmış oyunlarında hakim idarəçiliyi ilə bağlı bir sıra klublar tərəfindən Azərbaycan Basketbol Federasiyasına (ABF) etirazlar daxil olmuşdur. Bütün bu narazılıqlardan sonra federasiyanın idman direktoru Turqay Zeytingözün rəhbərliyi ilə turun yekunlaşmış oyunları Azərbaycan Basketbol Liqasının (ABL) mütəxəssis heyəti və hakimlər komitəsinin sədri Ələkbər Həsənovun iştirakı ilə birlikdə izlənilmiş və yenidən təhlil edilmişdir. Aparılmış təhlilin yekun nəticəsi olaraq isə oyunların birbaşa nəticəsinə təsir edəcək kobud səhvlərin olmaması və hakimlərin normal oyun standartında idarəçilik etməsi barədə qərar çıxarılmışdır. Sonda cənab Zeytingöz Azərbaycan Basketbol Federasiyası (ABF) adından çıxış edərək, verilmiş yekun qərardan sonra narazılığı davam etdirən hansısa klublar varsa, onlarla yenidən bir arada görüş təşkil edib və etirazlara səbəb olumuş epizodların birgə izlənilməsini söyləmişdir.

Qeyd edək ki, mövsümün yekunlaşmış iki dövrəsindən sonra ümumi olaraq oyunlarda hakim idarəçiliyi müsbət olaraq qiymətləndirilmiş və oyunların birbaşa nəticəsinə təsir edəcək ciddi səhvlərin olmaması təsdiq edilmişdir".


18549 oxunub

InvestAZ