XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



Yeniyetmə stolüstü tennisçilərimiz Avropa çempionatında iştirak edəcəklər 
İdman 14:55 / 11.07.2024

Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında təmsil edəcək yeniyetmələrdən ibarət yığmanın heyəti müəyyənləşib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə 19 yaşlılar arasında Mərziyyə Nurmətova, Aylin Əsgərova, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Elşən Hüseynov, 15 yaşlılarda isə Şəbnəm Mansurova, Yağmur Məmmədli, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparacaqlar.

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Mikayılov isə qitə çempionatının oyunlarını idarə edəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 12-21-də İsveçin Malmö şəhərində təşkil olunacaq.


22277 oxunub

InvestAZ