XƏBƏR LENTİ
25 İyul 2024
24 İyul 2024
23 İyul 2024



Paris-2024: Olimpiya halqaları Eyfel qülləsinin üzrinə yerləşdirilib
İdman 21:17 / 08.06.2024

Paris-2024 Yay Olimpiya Oyunlarının təşkilatçıları Fransa paytaxtında Olimpiya Oyunlarının başlanmasına 50 gün qalması şərəfinə Eyfel qülləsinə beş Olimpiya halqası olan polad konstruksiya quraşdırıblar.

Parisin mərkəzində yerləşən məhşur Eyfel qülləsi üzərində hər biri 30 fut diametrli halqaları Yay Olimpiya Oyunları boyunca qonaqlar izləyə biləcəklər. Olimpiya halqaları hər gecə 100.000 LED işıq lampası ilə işıqlandırılacaq.

La Dame de Fer (dəmir xanım) olaraq bilinən qüllə, iyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında əhəmiyyətli bir rol oynayacaq. Belə ki, kişi və qadın voleybolçular arasında oyunlar 1083 fut hündürlüyündə abidənin ətəyində keçiriləcək. 

Oyunları izləmək üçün yaxınlıqdakı Mars sahəsində yerləşən müvəqqəti "Eyfel qülləsi" stadionunda təxminən 13.000 tamaşaçı toplanacaq.


3062 oxunub

InvestAZ