XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi yekunlaşdı
İdman 14:31 / 29.02.2024
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının və "Bakı Şəhər Halqası" Əməliyyat şirkətinin birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsinə yekun vurulub. Səhər saatlarında Xankəndi şəhərində start götürən ultra marafonun ilk günü Yevlax şəhərində yekunlaşıb. 
"Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışın birinci mərhələsində  marafon iştirakçıları 83 km məsafə qət ediblər.
Birinci mərhələnin qalibi Elmir Əskərov olub. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. Ağa Əliyev və Elman Abışov isə müfaviq olaraq, ikinci, üçüncü yeri tutublar. Marafon iştirakçıları yarışın növbəti günlərində  Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.


21195 oxunub

InvestAZ