XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Türkiyədə çempion müəyyənləşdi
İdman 10:14 / 16.05.2021
Futbol üzrə Türkiyə Super Liqasında 42-ci - sonuncu turun oyunları keçirilib.Çempionatın lideri "Beşiktaş” İzmir səfərində "Göztəpə”nin qonağı olub.
"Qara qartallar” bu oyunda qələbə qazanacaqları halda, Super Liqada mövsümün çempionu olacaqdılar. İstanbul təmsilçisi çətinliklə də olsa, bu vəzifənin öhdəsindən gələ bilib və mövsümü çempion kimi başa vurub.
Turnir cədvəlinin ikinci sırasında yer alan "Qalatasaray”ın rəqibi "Yeni Malatyaspor” olub. Fatih Terimin rəhbərlik etdiyi kollektiv bu matçda 3 xal qazansa belə, çempionluq üçün "Beşiktaş” xal itirməliydi. "Qalatasaray” inamlı qələbə qazansa da, gümüş medallarla kifayətlənib.
Ötən tur doğma meydanda "Sivasspor”a uduzaraq, çempionluq şansını çətinə salan "Fənərbağça” isə səfərdə liqada qalmaq uğrunda mübarizə aparan "Kayserispor”la qarşılaşıb. "Beşiktaş” və "Qalatasaray” uduzsa və "Fənərbaxça” qələbə qazansa, çempion "Fənərbaxça” olacaqdı. Amma digər rəqibləri də turu qələbə ilə başa vurduğundan, "Fənərbağça” komandası üçüncü yeri tutub.

30920 oxunub

InvestAZ