XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Tokio Olimpiadasının əleyhinə 350 mindən çox imza toplanılıb
İdman 10:09 / 15.05.2021
Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvini dəstəkləyən petisiya üçün Yaponiyada 350 mindən çox imza toplanıb. "Change.org" onlayn platformasındakı petisiya yaponiyalı hüquqşunas və siyasətçi Kenci Utsunomiya tərəfindən başladılıb.
O, mətbuat konfransında fəaliyyətlərinə davam etmək istədiklərini söyləyib: "Bir həftədən çox müddətdə bu qədər tərəfdar toplamağı bacardıq. Bu, məni çox ruhlandırdı. Mövzu ölkədə və xaricdə geniş rezonans doğurdu. Oyunların ləğv edilməsini istəyirik".
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

28462 oxunub

InvestAZ