XƏBƏR LENTİ
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



“Zadəganlar” yay transferlərinə 150 milyon xərcləyəcək
İdman 17:06 / 15.05.2021
İngiltərənin "Çelsi" klubunun yay transferlərinə ayıracağı vəsait bəlli olub. London təmsilçisinin sahibi Roman Abramoviç yeni oyunçuların alınmasına 150 milyon funt sterlinq xərcləyəcək.
O, baş məşqçi Tomas Tuxelin işindən razıdır. Bu üzdən də almaniyalıya heyətin gücləndirilməsi üçün bu qədər vəsait ayrılması məqsədəuyğun sayılıb.
Ötən yay paytaxt klubu eyni məqsədlə 253 milyon funt xərcləmişdi. Frenk Lempardın baş məşqçi olduğu dövrdə bu vəsaitlə Timo Verner, Kay Haverts, Hakim Ziyeş, Ben Çiluell və Eduar Mendi transfer edilib.
Qeyd edək ki, Tuxel "Borussiya"dan Erlinq Haland, "Bavariya"dan Niklas Sulenin transferində maraqlıdır.

22105 oxunub

InvestAZ