XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Əfsanəvi basketbolçunun forması rekord məbləğə satıldı
İdman 12:00 / 09.05.2021
Əfsanəvi basketbolçu Maykl Cordanın oyun forması hərracda rekord məbləğə satılıb. Məşhur idmançının 1982/1983 mövsümündə Milli Kollegial İdman Dərnəyinin (NCCC) komandasında çıxış edərkən geyindiyi forma üçün 1,38 milyon ABŞ dolları ödənilib.
Ötən ilin oktyabrında isə Cordanın "Çikaqo" klubundakı 23 nömrəli forması auksionda 480 000 min ABŞ dollarına satılıb.
Qeyd edək ki, ikiqat olimpiya çempionu olan Maykl Cordan "Çikaqo"nun heyətində 6 dəfə Milli Basketbol Assosiasiyasını (NBA) qızıl medallarını qazanıb. Beş dəfə MBA-nın ən dəyərli oyunçusu seçilən veteran basketbolçu 2003-cü ildə karyerasını başa vurub.

18744 oxunub

InvestAZ