XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Formula 1-in ulduzu BOK-dan gileyləndi
İdman 18:05 / 07.05.2021
Formula 1-in yeddiqat dünya çempionu, "Mersedes” komandasının lideri Lüis Hemilton Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarına münasibət bildirib. Bildirək ki, BOK Black Lives Matter ("Qaraların həyatı önəmlidir”) Olimpiya Hərəkatı ilə bağlı Olimpiya Oyunlarında nəinki aksiyaların, hətta bu fikirləri əks etdirən geyimlərin belə istifadəsinə qadağa qoyub.
"Əgər bu doğrudursa, o zaman cəzalanma qorxusu ilə insanları susdurmaları xoşagəlməzdir”, - deyə idmançı şəxsi İnstaqram hesabının hekayə bölməsində yazıb.
Qeyd edək ki, Lüis Hemilton Black Lives Matter hərəkatının əsas liderlərindən biridir. Formula 1-in ötən mövsümündə britaniyalı çempionatın digər iştirakçılarını yarışların başlamasından əvvəl keçirilən dizçökmə mərasiminə yönəldirdi.

18373 oxunub

InvestAZ