XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024



Dünya Olimpiya təsnifat turniri: Qadın güləşçimiz 1/4 finalda
İdman 16:00 / 07.05.2021
Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir. Turnirin ikinci günündə - mayın 7-də qadın güləşçilər mübarizə aparırlar.
Qadın güləşçilərimizdən Elis Manolova (68 kq) startda Yunanıstan təmsilçisi Aqora Papavasileuya qalib gələrək dörddəbir finala yüksəlib. Təmsilçimizin növbəti rəqibi Argentina idmançısı Klara Vaskes olacaq.
Millimizin üzvlərindən Türkan Nəsirova (53 kq) ilk görüşdə Luisa Melendresə (Ekvador), Alyona Kolesnik (57 kq) qırğızıstanlı Nuraida Anarkulovaya, Tatyana Omelçenko (62 kq) Luisa Niemeşə, Gözəl Zutova (76 kq) isə rumıniyalı Katalina Axenteyə məğlub olaraq mübarizəni dayandırıblar.
Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları saat 20:00-da start götürəcək.
Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik Tokio-2020-yə vəsiqəni təmin edib.

20211 oxunub

InvestAZ