XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Kişi voleybolçularımız bu gün Avropa çempionatında ilk oyununa çıxacaq
İdman 15:18 / 07.05.2021
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Gürcüstanda təşkil olunacaq birinci dövrənin oyunlarında "F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə yanaşı, Monteneqro və Yunanıstan komandaları ilə qarşılaşacaq.
Millimiz bu gün keçirəcəyi birinci oyununda Monteneqro seçməsini sınağa çəkəcək.
Mayın 8-də Azərbaycan-Gürcüstan, ertəsi gün isə Yunanıstan-Azərbaycan oyunları keçiriləcək.

22439 oxunub

InvestAZ