XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Anlaşma memorandumu imzalanıb
İdman 12:39 / 07.05.2021
Mayın 6-da Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında anlaşma memorandumu imzalanıb.
Sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar.
Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində Akademiyanın "İdman jurnalistikası” magistr proqramının tələbələri mayın 25-26-da Bakıda təşkil olunacaq paracüdo üzrə beynəlxalq Qran-Prinin və bu il keçiriləcək "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının işıqlandırılmasında fəal iştirak edəcəklər. Buraya yarışların gedişində mətbuatın xəbərlərlə operativ təmin olunması və media dəstəyi ilə bağlı məsələlər daxildir.
Əməkdaşlıq sayəsində Akademiyanın magistr proqramının tələbələri təcrübə qazanacaq, eyni zamanda, ölkəmizdə paralimpiya hərəkatının təşviqi sahəsində görülən işlərə cəlb olunacaqlar.

37770 oxunub

InvestAZ