SON XƏBƏRLƏR
-
Bugün, 10:45
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
-
Bugün, 09:05
GündəmBu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
18.09.2026, 15:41
İdmanAFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
-
18.09.2026, 15:20
İdmanGüləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
-
18.09.2026, 15:06
İdmanCüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
-
18.09.2026, 14:37
İdman“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
-
18.09.2026, 13:47
İdmanFutbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
-
18.09.2026, 12:34
İdmanÜmumdünya Şahmat Olimpiadası davam edir
-
18.09.2026, 10:54
İdman"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
-
18.09.2026, 10:06
İdmanAzərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
17.09.2026, 17:09
İdmanAzərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
17.09.2026, 15:18
İdmanAzərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
-
17.09.2026, 10:12
İdmanAzərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
-
17.09.2026, 01:30
İdmanUEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
-
16.09.2026, 16:28
İdman"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
16.09.2026, 16:24
İdmanŞahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16.09.2026, 14:09
İdmanAzərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
16.09.2026, 13:22
İdman2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
16.09.2026, 11:55
İdmanŞahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
-
16.09.2026, 11:39
İdmanStolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
16.09.2026, 10:05
İdmanSahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
-
15.09.2026, 20:11
İdmanAzərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
-
15.09.2026, 12:26
İdmanÇoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
-
15.09.2026, 11:28
İdman“Sabah” mövsümə rekordla başladı
-
15.09.2026, 10:57
İdman"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
-
15.09.2026, 00:10
İdmanAzərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
14.09.2026, 23:25
İdmanAzərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
-
14.09.2026, 22:18
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
-
14.09.2026, 16:11
İdmanBoksçularımız Avropa çempionatında iştirak edəcəklər
-
14.09.2026, 15:25
İdmanBasketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
14.09.2026, 14:03
MOKPauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
-
14.09.2026, 13:11
İdmanAzərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
14.09.2026, 12:59
MOK“Elite polo club” çempion oldu
-
14.09.2026, 12:53
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
İdman
10.09.2026, 14:38
Sentyabrın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb.
Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Federasiya prezidenti cüdoçuları 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında və 3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada təşkil olunan gənclər arasında Avropa çempionatında qazandıqları nəticələr münasibətilə təbrik edib. Rəşad Nəbiyev nəticələrlə yanaşı, idmançıların yarışlar boyunca, xüsusilə çətin məqamlarda göstərdikləri xarakterin də önəmini vurğulayıb.
ACF prezidenti qeyd edib ki, bu nəticələr Federasiyada aparılan sistemli və hərtərəfli işin göstəricisidir və qazanılan uğurlarda məşqçi heyətinin, tibbi heyətin, digər mütəxəssislərin və ümumilikdə Federasiyanın bütün əməkdaşlarının əməyi var. O, əsas hədəfin yeniyetmə və gənclər səviyyəsində qazanılan uğurların gələcəkdə böyüklər arasında da davam etdirilməsi olduğunu bildirib.
Rəşad Nəbiyev Federasiyanın əsas prioritetlərinin dəyişmədiyini, idman nəticələri ilə yanaşı, nizam-intizam və hörmət kimi cüdo dəyərlərinə sadiqliyin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cüdoçulara əldə etdikləri nəticələrlə kifayətlənməməyi, daim öz üzərlərində çalışmağı, həmçinin idman karyerası ilə yanaşı təhsilə də önəm verməyi tövsiyə edib.
Görüş çərçivəsində Rəşad Nəbiyev idmançılarla fərdi söhbətlər aparıb, onların hazırlıq prosesi və gələcək hədəfləri ilə maraqlanıb.
Qeyd edək ki, Azərbaycan millisi yeniyetmələr arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanaraq 59 ölkə arasında ümumi komanda hesabında beşinci yeri tutub. Gənclərdən ibarət yığma isə Avropa çempionatını 3 qızıl və 2 bürünc medalla başa vuraraq 44 ölkə arasında ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci olub.