SON XƏBƏRLƏR
-
02.08.2026, 23:49
MOK"Qarabağ"ın futbolçusu iki ay yaşıl meydanlardan kənarda qalacaq
-
02.08.2026, 19:09
GündəmDünya çempionatı: Güləşçimiz gümüş medal qazandı
-
02.08.2026, 17:28
İdmanRonaldo və Corcina evlənməyə hazırlaşır
-
02.08.2026, 17:02
İdmanHəvəskar velosipedçilər arasında Federasiya Kuboku keçirilib
-
02.08.2026, 16:58
İdmanU-18 basketbol millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub
-
02.08.2026, 13:03
İdmanAzərbaycan Atletika Federasiyasının məşqçisi vəfat edib
-
02.08.2026, 10:01
İdmanGüləşçimiz bu gün dünya çempionatında qızıl medal görüşünə çıxacaq
-
02.08.2026, 09:12
İdmanAŞF-də şahmat üzrə dünya çempionu ilə görüş keçirilib
-
02.08.2026, 00:14
İdmanTofiq Musayev UFC-də növbəti qələbəsini qazanıb
-
01.08.2026, 18:29
İdmanGüləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı
-
01.08.2026, 17:29
İdmanAvarçəkənlərimiz Avropa ikincisi olublar
-
01.08.2026, 16:35
İdmanNeftçi" Tokio mərhələsinin 1/4 finalında
-
01.08.2026, 15:25
İdmanXatirə turnirinin ilk günündə 4 medal
-
01.08.2026, 09:56
İdmanAzərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq
-
01.08.2026, 00:19
İdmanLiqa yarışının üçüncü turu başa çatıb
-
31.07.2026, 22:54
GündəmAtlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyi qeyd olunub
-
31.07.2026, 21:24
İdmanU17 DÇ-də qadın güləşi üzrə mübarizə başa çatıb
-
31.07.2026, 21:00
İdmanDünya çempionatında sərbəst güləş yarışlarına start verilib
-
31.07.2026, 18:39
İdmanBasketbol millimiz Avropa çempionatının B Divizionunda növbəti oyununu keçirib
-
30.07.2026, 20:17
MOKAtlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illiyinə həsr olunmuş kitab işıq üzü görüb
-
30.07.2026, 13:42
İdmanGüləşçimiz 1/4 finalda məğlub oldu
-
30.07.2026, 13:22
İdmanGüləşçimiz 1/4 finala vəsiqə qazandı
-
30.07.2026, 10:47
MOKAvarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib
-
30.07.2026, 10:34
İdman"Zirə" və "Neftçi" Konfrans Liqasında cavab oyununa çıxacaq
-
30.07.2026, 10:08
İdman"Qarabağ" Avropa Liqasında növbəti oyununa çıxacaq
-
30.07.2026, 10:03
İdmanAzərbaycanın 5 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulacaq
-
30.07.2026, 00:40
İdman"Sabah"ın rəqibi müəyyənləşdi
-
29.07.2026, 22:53
İdmanMilli komandamız dünya ikincisi oldu
-
29.07.2026, 22:48
İdmanDünya çempionatında daha 3 medal
-
29.07.2026, 16:30
İdman"Şəfa" futbolçusu ilə yollarını ayırdı
-
29.07.2026, 15:40
İdman"Çelsi" Denni Uelbeki transfer edir
-
29.07.2026, 13:40
MOK“Sabahın Ulduzları” turnirinin püşkü atılıb
-
29.07.2026, 13:25
İdmanDaha bir güləşçimiz mübarizəni dayandırdı
-
29.07.2026, 13:14
İdman"Real" Rodri transferi üçün hərəkətə keçib
Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyi qeyd olunub
Gündəm
31.07.2026, 22:54
İyulun 31-də Atlanta-1996 Yay Olimpiya Oyunlarının və Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Hərəkatında ilk iştirakının 30 illiyinə həsr olunmuş təntənəli qala gecəsi keçirilib.
Olimpiyadunyasi.com Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, baş katibi Azər Əliyev, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Atlanta-1996 Yay Olimpiya Oyunlarının iştirakçıları, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Atlanta-1996 Yay Olimpiya Oyunlarının tarixi əhəmiyyətindən danışılıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında iştirakının ölkə idmanının inkişafında mühüm mərhələ olduğunu vurğulayıb.
“30 il əvvəl 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi Atlanta Yay Olimpiya Oyunlarında iştirak etdi. Olimpiadada milli komandamız 23 idmançı ilə təmsil olundu. Sevindirici haldır ki, biz müstəqil dövlət kimi ilk dəfə iştirak etdiyimiz Olimpiya Oyunlarında medal qazanan ölkələr sırasında yer aldıq. Sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medala yiyələndi. Bu, Atlanta-1996 Yay Olimpiya Oyunlarında əldə etdiyimiz ilk medal olsa da, müstəqil Azərbaycanın Olimpiya Hərəkatındakı növbəti uğurlarının təməl daşı, başlanğıcı oldu. Milli Olimpiya Komitəsin olaraq bu gün Atlanta Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları, məşqçiləri və nümayəndə heyətinin üzvlərini bir araya toplamışıq. 30 il keçməsinə baxmayaraq, onları yenidən aramızda görməkdən çox məmnunuq. Dəvətimizi qəbul etdiyinə görə onlara öz təşəkkürümüzü bildiririk. İnanıram ki, dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan idmançıları bundan sonra da böyük uğurlar qazanacaqlar”, - deyə MOK-un vitse-prezidenti Çingiz Hüzeynzadə bildirib.
Atlanta Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran sərbəst güləşçimiz Namiq Abdullayev, Atlanta-1996 nümayəndə heyətinin üzvü Əbülfəs Qarayev çıxış edərək Olimpiada ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
“Atlanta-1996 Yay Olimpiya Oyunlarından 30 il keçməsinə baxmayaraq, həmin anları qürurla xatırlayırıq. Olimpiya Oyunları hər bir idmançı üçün böyük sınaq meydanıdır. Bu Olimpiya Oyunlarında gümüş medala yiyələndim. Bu gümüş medal Ulu öndər Heydər Əliyev tərəfindən qızıl mükafat kimi dəyərləndirildi. Bu gün tədbirdə iştirak edən hər bir şəxsə, Milli Olimpiya Komitəsinə öz təşəkkürümü bildirirəm. 30 ildən sonra milli komandanın üzvləri ilə bir arada olmaq böyük şərəfdir”,- deyə Namiq Abdullayev diqqətə çatdırıb.
Tədbir çərçivəsində Atlanta-1996 Yay Olimpiya Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra Atlanta Olimpiadasında Azərbaycanı təmsil etmiş idmançılara MOK tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Qala gecəsində həmçinin süni intellekt vasitəsi ilə canlandırılmış arxiv fotolarından ibarət xüsusi video çarx nümayiş olunub. "Azərbaycanın Olimpiya yolu" adlı təqdimatda isə ölkəmizin Atlanta-1996-dan Paris-2024 Yay Olimpiya Oyunlarınadək qazandığı uğurlar və Olimpiya nailiyyətləri əks etdirilib.
Rəsmi hissədən sonra tədbir musiqi proqramı ilə davam edib.
Qeyd edək ki, Atlanta-1996 Yay Olimpiya Oyunları Azərbaycanın idman tarixində xüsusi yer tutur. Məhz həmin Olimpiadada ölkəmiz ilk dəfə müstəqil dövlət kimi Olimpiya Oyunlarında iştirak edərək sonrakı illərdə qazanılan möhtəşəm uğurların təməlini qoyub.