SON XƏBƏRLƏR
-
Bugün, 19:02
MədəniyyətYaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
-
Bugün, 18:16
İdmanKanoeçimiz dünya çempionatında iştirak edəcək
-
21.08.2026, 12:33
İdmanTaekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
-
21.08.2026, 12:20
İdmanAzərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
-
21.08.2026, 12:09
İdmanAvropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
-
21.08.2026, 12:00
İdmanFormula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
-
21.08.2026, 11:58
İdmanParagüllə atıcılarımı dünya çempionatına Bakıda hazırlaşırlar
-
21.08.2026, 11:43
İdmanAzərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
-
21.08.2026, 11:10
İdmanUEFA reytinqindəki mövqeyimiz dəyişməyib
-
21.08.2026, 10:46
İdmanAğırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
-
21.08.2026, 10:01
İdmanAVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
-
21.08.2026, 09:26
İdmanCüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
-
21.08.2026, 08:38
İdmanAvropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
-
21.08.2026, 00:07
İdmanKonfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
-
17.08.2026, 15:12
İdmanİki cüdoçumuz İspaniyada qızıl medal qazandı
-
17.08.2026, 14:25
İdmanAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
-
17.08.2026, 11:25
İdmanRodri “Barselona”ya keçir
-
17.08.2026, 10:05
İdmanMisli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
-
16.08.2026, 20:22
İdmanAzərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
15.08.2026, 18:18
İdmanİlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
-
14.08.2026, 13:54
İdmanGimnastımız dünya çempionatında iştirak edib
-
14.08.2026, 11:41
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
-
14.08.2026, 10:59
İdmanDünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
14.08.2026, 10:22
İdmanAvropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
-
14.08.2026, 10:08
İdman"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
-
13.08.2026, 22:14
İdmanKonfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
-
12.08.2026, 19:33
İdman«Ən çox sevdiyim iş çörək bişirməkdir»
-
12.08.2026, 18:26
İdman“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
-
12.08.2026, 17:57
İdmanArgentinalı pilota ziyan vurublar
-
12.08.2026, 16:51
İdman“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
-
12.08.2026, 16:44
İdmanYardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
-
12.08.2026, 15:26
İdman“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
-
12.08.2026, 15:05
İdman"Mercedes" sürücüsü subaylıqla vidalaşır
-
12.08.2026, 14:38
İdman"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
İdman
08.06.2026, 18:17
44 günlük haqq savaşımızda Azərbaycan ordusu şanlı qələbə qazandı. Tarixi zəfərin əldə olunmasında minlərlə Vətən övladından biri də şəhid Arif Qeybiyevdir. Əzəli yurd yerimiz olan Qarabağımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan bu Vətən sevdalısı 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində dünyaya göz açıb. Onun ömür yolu qısa olsa da, gələcək nəsillər üçün bir tarix yazıb getdi. Həmçinin dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin azadlığına görə medallara layiq görülən Arifin adı qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür. Bizlərə əmanət qoyduğu Gülnur adlı qızı da Vətəninə layiqli bir övlad kimi boy atır.
Köksündə əsl qəhrəman ürəyi döyünən Vətənin qeyrətli oğlu Arif Qeybiyev E.Ağayev adına Səncərədi kənd tam orta məktəbdə oxuduğu zaman idmanın atletika növü ilə məşğul olub. Əldə etdiyi uğurlar ona pərəstişkarları arasında yaxşı hörmət də qazandırıb. İdmana qəlbən bağlandığına görə orta məktəbi bitirən ili Astara Pedaqoji Kollecinin idman fakültəsində təhsilini davam edib. Qatıldığı idman yarışlardan qalib ayrılmaq onun həyat kredosuna çevrilib. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Atletika üzrə 50-dən çox diploma sahib olub, onların 30-u yalnız birincilik üzrədir. 2015-ci il Avropa Oyunlarında iştirak edib. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alov qoruyanların məşəl yürüşünə Arif də qatılıb. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.
Arif Qeybiyev 2016-cı ilin iyul ayında faşist xislətli dığalardan qisas almaq məqsədilə ordu sıralarına gedib. Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. 2018-ci ilin yanvar ayında əsgəri borcunu şərəflə başa vurub. Buna baxmayaraq canına yağı dadanmış yurdunun taleyi Arifi rahat buraxmırdı. Özlüyündə bir qədər götür-qoy etdikdən sonra həyatını hərbiyə bağlamaq qərarını verib. Beləcə ürəyinin istədiyini əsas götürərək yenidən ön cəbhəyə dönməyi və məkrli düşmənlə məqamı gələndə sona qədər döyüşərək qisasını alacağına and içib. 2018-ci ilin oktyabr ayında Arif hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə tankçı vəzifəsində çalışıb. Qısa zaman kəsiyində zabitlərin, əsgərlərin sevimlisinə çevrilib. Həmin ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib. Qatıldığı bütün təlimlərdə həmişə döyüş igidliyinə görə fərqlənib, neçə-neçə çətin sınaqlardan alnıaçıq çıxıb, hünəri hamını heyran qoyub.
Vətənini, torpağını canından artıq sevən, son dərəcə cəsur, mərd bir gənc olan tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə birincilər sırasında odun-alovun içinə girib. Ölüm-dirim müharibə meydanında dostu Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək, 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib və şəhadətə ucalıb. Cismən aramızdan getsə də, mənən əbədi olaraq milyonların ürəyinə köçüb.
Bəli, Vətən uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Arifə belə bir ölməzlik nəsib olduğu üçün o, xalq, dövlət tərəfindən heç vaxt unudulmur, ehtiramla xatırlanır.
Həmçinin 2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının, eləcə Gənclər və İdman Nazirliyinin təşəbbüsü sayəsində Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.
Natiqlər şəhid Arif Qeybiyevin döyüş meydanında göstərdiyi misilsiz şücaətindən , şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu qürurla dilə gətiriblər. Həmçinin zəfər şəhidinin sağlığında ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, I Avropa Oyunlarında Olimpiya məşəlini məhz Astarada onun qaldırdığı deyili, Olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.
Astara elinin qəhrəman oğlu Arifin 29 yaşı tamam oldu. Doğum günü münasibətilə rayon rəsmiləri, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışan mədəniyyət işçiləri şəhidin ailəsinə baş çəkib və məzarını ziyarət edib təzə güllərdən ona çələng hörüblər. Söhbət zamanı bildirilib ki, Arif Vətən uğrunda canından keçərək Azərbaycanın yeni, şanlı tarixini yazan igid, qeyrətli Vətən sevdalısı oldu. Məhz buna görə də qərinələr ötsə belə o, daim qəlblərdə yaşayacaq və şərəfli həyat yolu əsl qəhrəmanlıq məktəbi kimi gələn nəsillərə nümunə göstəriləcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü