SON XƏBƏRLƏR
-
21.09.2026, 19:44
İdmanCəlilabadda sərbəst güləş turniri keçirilib
-
21.09.2026, 17:38
İdman“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
-
21.09.2026, 15:39
İdmanUşaqlar arasında əyləncəli idman yarışı keçirilib
-
21.09.2026, 13:51
İdman“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
-
21.09.2026, 12:31
İdmanYardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
-
21.09.2026, 12:03
İdman“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:34
İdmanBasketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik olub
-
21.09.2026, 11:18
İdmanÜç boksçumuz Avropa çempionatının 1/4 finalında
-
21.09.2026, 10:35
İdmanAzərbaycan çempionatı başa çatıb
-
21.09.2026, 10:14
İdmanAtletimiz dünya çempionatında iştirak edib
-
20.09.2026, 22:29
İdmanCüdoçumuz veteranlar arasında dünya çempionu olub
-
20.09.2026, 10:45
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
-
20.09.2026, 09:05
GündəmBu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
18.09.2026, 15:41
İdmanAFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
-
18.09.2026, 15:20
İdmanGüləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
-
18.09.2026, 15:06
İdmanCüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
-
18.09.2026, 14:37
İdman“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
-
18.09.2026, 13:47
İdmanFutbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
-
18.09.2026, 12:34
İdmanÜmumdünya Şahmat Olimpiadası davam edir
-
18.09.2026, 10:54
İdman"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
-
18.09.2026, 10:06
İdmanAzərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
17.09.2026, 17:09
İdmanAzərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
17.09.2026, 15:18
İdmanAzərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
-
17.09.2026, 10:12
İdmanAzərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
-
17.09.2026, 01:30
İdmanUEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
-
16.09.2026, 16:28
İdman"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
-
16.09.2026, 16:24
İdmanŞahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16.09.2026, 14:09
İdmanAzərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
-
16.09.2026, 13:22
İdman2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
-
16.09.2026, 11:55
İdmanŞahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
-
16.09.2026, 11:39
İdmanStolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
-
16.09.2026, 10:05
İdmanSahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçiriləcək
MOK
18.05.2026, 11:58
19 may tarixi dünyada “Dünya Ədalətli Oyun Günü” kimi qeyd olunur.
Olimpiyadunyasi.com xəbər verir ki, BMT Baş Assambleyasının 1 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən bu tarix rəsmən elan edilib və idmanda ədalətli oyun prinsiplərinin qlobal səviyyədə təşviqinə həsr olunur.
Qeyd edək ki, bu il Dünya Ədalətli Oyun Günü ilə bağlı əsas beynəlxalq mərasim Beynəlxalq Ədalətli Oyunlar Komitəsi və Avropa Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Bu əlamətdar gün çərçivəsində mayın 19-u saat 11:00-da Milli Olimpiya Komitəsində (MOK) MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi də təşkil olunacaq.
Komissiya tərəfindən “ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, “ ədalətli oyun prinsiplərinə sadiq hakim”, “ ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, “ ədalətli oyun prinsiplərinə sadiq idmançı” və “ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyaları üzrə, eləcə də “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” “Olimpiya dünyası” qəzetinə xüsusi mükafat təqdim olunacaq.
Qaliblər Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası üzvlərinin rəyi, eləcə də MOK və idman federasiyalarının nümayəndələri arasında keçirilən sorğunun nəticələri əsasında müəyyən edilib. Tədbirin məqsədi mükafatlandırma ilə yanaşı, Ədalətli Oyun Gününün mahiyyətini vurğulamaq, idmanda etik davranış, qarşılıqlı hörmət və dürüstlük kimi dəyərlərin təbliğini gücləndirməkdir.
Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmiləri, tanınmış idmançılar və idman ictimaiyyətinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.