XƏBƏR LENTİ
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Premyer Liqada yeni sponsor
İdman 14:14 / 02.08.2022
Azərbaycanın qanuni lotereya və idman mərc operatoru "Azərlotereya” ASC-nin "Misli” brendi futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün baş sponsoru olub. Əldə olunan razılaşmaya görə, Azərbaycan Premyer Liqası "Misli Premyer Liqası” adı ilə fəaliyyət göstərəcək.

"Misli” brendi hər zaman idmanın inkişafına diqqət və qayğı göstərərək bu istiqamətdə həyata keçirilən layihələrin icrasında uğurla təmsil olunur. Azərbaycan Premyer Liqasına sponsorluqda əsas məqsəd ölkə futbolunun inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərmək, futbolun kütləviliyinin təmin edilməsi yolunda kompleks tədbirlərin görülməsi işinə xidmət etməklə yanaşı, bir çox sahələrdə mövcud uğurlu nəticələrin idmanın bu növündə də əldə edilməsinə nail olmaqdır.

Qeyd edək ki, 10 komandanın iştirakı ilə avqustun 5-də start götürəcək çempionat 2023-cü il mayın 28-də başa çatacaq.

31657 oxunub

InvestAZ