XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bədii gimnastlarımız fərdi yarışlarda 3 medal qazanıblar
İdman 12:18 / 21.04.2019


Nərminə Səmədova 2, Arzu Cəlilova 1 medala sahib olub


Bakıda bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir.
Turnirdə dünyanın 20 ölkəsindən 130-a yaxın bədii gimnast mübarizə aparır. Yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar medallar uğrunda həm fərdi, həm də qrup hərəkətləri proqramında yarışırlar.
Fərdi proqramda finalda ayrı-ayrı alətlər (ip, top, gürzlər və lent) üzrə qaliblər müəyyənləşib.
İplərlə hərəkətlərdə gimnastımız Arzu Cəlilova (17.350 xal) yarışların bürünc medalını qazanıb. Gümüş medala İtaliya gimnastı Sofiya Raffaeli (18.600) layiq görülüb. Yarışların qızıl medalını rusiyalı gimnast Anastasiya Simokova alıb.
Rusiyalı gimnast ikinci qızıl medalını topla hərəkətlərdə qazanıb. Həmyerliiz Nərminə Səmədova topla hərəkətlərdə (17.750 xal) bürünc medalı boynundan asıb. Sofiya Raffaeli bu yarışlarda da 2-ci olub.
Lentlərlə hərəkətlər isə İtaliya gimnastına (18.350) qızıl medal qazandırıb. Azərbaycan gimnastı Nərminə Səmədova (18.000) gümüş medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsində qərar tutub. İsrail təmsilçisi Asya Adi Katz (17.400) üçüncü yeri tutub. Həmyerlimiz Arzu Cəlilova isə 17.100 xalla dördüncü olub.
Gürzlərlə hərəkətlərdə mükafatalayiq yerləri İtaliya, Rusiya və İsrail təmsilçiləri tutublar. Sofiya Raffaeli (19.200) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində qərar tutub. Sofya Aqafanova (18.600) medalçılar siyahısında 2-ci yerdə qərarlaşıb. İsrail gimnastı Asya Adi Katz (18.550) üçüncü yerdə qərar tutub.

22264 oxunub

InvestAZ