XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



“Arzum Avropa və dünya çempionu olmaqdır”
İdman 19:55 / 20.04.2019

Bakıda bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Turnirdə dünyanın 20 ölkəsindən 130-a yaxın bədii gimnast mübarizə aparır. Yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar  medallar uğrunda həm fərdi, həm də qrup hərəkətləri proqramında yarışırlar.
Yarışların finalına vəsiqə qazanan və "AGF Trophy” mükafatına layiq görülən gimnastımız Arzu Cəlilova yarışlardan sonra "olimpnews.az” saytı ilə fikirlərini bölüşüb. 
2-ci AGF Junior Trophy beynəlxalq turnirinı hazırlıqlar çox çətin keçdi. Amma biz öhdəsindən gəlməyi bacardıq. Bizə göstərdiyi dəstəyə və köməyə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildiririk. 
Doğma divarlar arasında çıxış etmək idmançıdan böyük məsuliyyət tələb edir. Çıxışıma gəlincə, bütün alətlərdən maksimal səviyyədə istifadə edə bilmədim, çünki bundan yaxşı çıxış edə bilərdim. Finala keçdiyim üçün çox sevinirəm.  
"AGF Trophy” mükafatına layiq görüldüm. Bu, mənim üçün qürurvericidir. Finalda daha yaxşı çıxış etmək üçün var qüvvəmlə mübarizə aparacağam. Bizi qarşıda Qvadalaxarada keçiriləcək beynəlxalq turnir və iyul ayında gənclər arasında dünya çempionatı gözləyir. Arzum gələcəkdə Avropa, dünya çempionu olmaq, Olimpiya Oyunlarında iştirak etməkdir.  

20042 oxunub

InvestAZ