XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



"Ayntraxt" Avropa Liqasının qalibi oldu
İdman 09:14 / 19.05.2022
Ötən gecə Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda təşkil olunan final görüşündə Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları qarşılaşıblar. Həlledici görüşdə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda ilk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" klubu Avropa Liqasının qalibi adına sahib çıxıb.



21037 oxunub

InvestAZ