XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024
20 Aprel 2024



MXL-nın tarixində ilk dəfə
İdman 19:17 / 20.04.2019

Milli Xokkey Liqasının (MXL) birinci play-off raundunun beşinci matçında səfərdə "Kalqari”yə 5:1 hesabı ilə qalib gələn "Kolorado” daha sonra 4 qələbəyə qədər seriyada 4-1 hesabı ilə irəli çıxıb. Beləliklə, MXL tarixində ilk dəfə olaraq, komandalar konfranslara bölünəndən sonra müntəzəm çempionatın yekunlarına görə konfransların qalibləri play-off oyunlarının birinci raundundan irəli çıxa bilməyiblər.
"Kalqari” Qərb konfransının qalibi olub. Şərq konfransında qalib gələrək Prezident Kuboku qazanmış "Tampa” "Kolambus”a 0:4 hesabı ilə uduzub. "Kolambus” və "Aylenders”in ardınca Stenli Kubokunun növbəti raunduna keçmiş üçüncü klub "Kolorado” olub.
Qaliblərin heyətində Mikko Rantanen və Kolin Uilson hərəyə iki şayba vurublar: Rantanen 16-cı və 41-ci dəqiqələrdə, Uilson isə 27-ci və 35-ci dəqiqələrdə. Bu komandada daha bir şaybanı Qabriel Landeskoq vurub (10-cu dəqiqədə). Məğlub komandadan Ti Cey Brodi fərqlənib (20-ci dəqiqədə).
Dörddəbir finalda "Kolorado”nun rəqibi "San-Xose”-"Veqas” qarşılaşmasının qalibi olacaq. "Veqas” hələlik 3:2 hesabı ilə irəlidədir. Komandalar arasında 6-cı matç aprelin 22-də keçiriləcək.


19918 oxunub

InvestAZ