XƏBƏR LENTİ
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
20 İyun 2022
16 İyun 2022
15 İyun 2022
14 İyun 2022
11 İyun 2022



Azərbaycanlı hakim "A" kateqoriyalı yüksək hakimlik lisenziyası üçün 8 il gözlədi
İdman 11:43 / 17.05.2022
Beynəlxalq Cüdo Federasiyası (IJF) Qazaxıstanın Almatı şəhərində hakimlər üçün seminar və cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi olan "A" kateqoriyalı beynəlxalq dərəcənin alınması üçün imtahan keçirib.
Seminar və imtahanda 13 ölkənin nümayəndələri, o cümlədən, ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli iştirak edib. İlk iki gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. Daha sonra ədalət təmsilçiləri təlimin nəzəri hissəsinə dair imtahan veriblər.
Ardınca onlar mayın 13-15-də Almatı şəhərində baş tutan yeniyetmələrin və gənclərin Asiya kubokunda görüşləri idarə edərək praktiki imtahan veriblər. Hər iki imtahanı yüksək nəticə ilə keçən Mətin Rəhimli "A" kateqoriyalı yüksək hakimlik lisenziyası əldə edib.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan təmsilçisi "A" kateqoriyalı hakimlik lisenziyasına 2014-cü ildə layiq görülüb. Beləliklə, 8 ildən sonra ilk dəfədir ki, cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi qazanılıb.

4788 oxunub

InvestAZ