XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Daha bir atlet diskvalifikasiya edilib
İdman 18:35 / 20.04.2019

Keniyalı yüngül atlet Asbel Kiprop antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib. Antidopinq qaydalarına riayət olunmasına nəzarət edən müstəqil orqan (Athletics Integrity Unit, AIU) bildirib ki, bu idmançının diskvalifikasiya edilməsi müddəti 2018-ci il fevralın 3-dən hesablanır.
Kipropun dopinq probasının müsbət nəticə verməsi keçən ilin may ayında məlum olub. Onun qanında eritropoetin maddəsi aşkar edilib. 2018-ci ilin mart ayında Yüngül Atletika Federasiyalarının Beynəlxalq Assosiasiyası (İAAF) Kipropu antidopinq qaydalarını pozmaqda ittiham edib. İdmançı dopinq zabitlərini dopinq probanın dəyişdirilməsində günahlandırıb, lakin AIU bunu sübut edən dəlillər tapmayıb. Kiprop bu dəfə AIU-nu təhqiqat zamanı məxfiliyi pozmaqda ittiham edib, lakin bu ittiham da sübut olunmayıb.
Keniyalı Kiprop Pekin-2008 Yay Olimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışda qalib gəlib, həmçinin 3 dəfə (2011, 2013 və 2015-ci illərdə) dünya çempionu olub.
İAAF Antidopinq qaydalarına riayət olunmasına nəzarət edən müstəqil orqan yaradılmasını 2017-ci ilin yayında elan edib.

22615 oxunub

InvestAZ