XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Bakıda bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir
İdman 17:57 / 20.04.2019

Bu gün Bakıda bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start verilib. 
Beynəlxalq turnirdə dünyanın 20 ölkəsindən 130-a yaxın bədii gimnast mübarizə aparır. Yarışlarda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar  medallar uğrunda həm fərdi, həm də qrup hərəkətləri proqramında yarışırlar. İki gün davam edəcək yarışlarda çoxnövçülük və ayrı-ayrı alətlər üzrə qaliblərin adlarına aydınlıq gələcək. 
Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa çempionatının bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər. 
2-ci AGF Junior Trophy beynəlxalq  turniri may ayında paytaxtımızda keçiriləcək Avropa çempionatı üçün sınaq mərhələsi xarakteri daşıyır. 
Qeyd edək ki, turnirin ilk günündə fərdi proqramda və qrup hərəkətlərində çoxnövçülük üzrə qaliblər müəyyənləşəcək. Bununla yanaşı, ayrı-ayrı alətlər üzrə mükafatlar uğrunda aprelin 21-də mübarizə aparacaq gimnastların adlarına aydınlıq gələcək. 
Yarışlara sabah, aprelin 21-də yekun vurulacaq. 

22309 oxunub

InvestAZ