XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yeniyetmə atletlər paytaxt birinciliyində yarışırlar
İdman 11:22 / 06.05.2022
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi davam edir. Yarışlar Azərbaycan Atletika Federasiyasının (AAF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Yarışda səkkiz komandadan 100-dən çox atlet iştirak edir. Çempionatın ilk günündə oğlanlar arasında nüvəitələmə yarışında Furqan Bünyadov qalib adını qazanıb.
Oğlanlar arasında qaçış növləri üzrə yarışlarda Musa Həşimov (100 metr) və Seymur Nəcəfov (400 metr) birinci olublar. Qızların mübarizəsində isə İlahə Quliyeva (100 metr), Emilya İsgəndərova (400 metr) və Ləman İsfəndiyarov (400 metr sədlərlə qaçış) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çempionatın ikinci günündə atletlər 200 və 800 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, lövhə atma yarışlarında qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışa mayın 6-da yekun vurulacaq.


21575 oxunub

InvestAZ