XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yasamal rayonunda idman yarışlarına yekun vurulub
İdman 16:16 / 05.05.2022
Yasamal rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idman yarışlarına yekun vurulub. Yarışlar mayın 4-də Bakı Dövlət Universitetini və Azərbaycan Texniki Universitetini təmsil edən komandalar arasında keçirilən mini futbol üzrə final oyunu ilə başa çatıb. Təsdiq olunmuş əsasnaməyə müvafiq olaraq, idmanın stolüstü tennis, dama, şahmat, qızlar arasında voleybol, oğlanlar arasında voleybol, basketbol və mini futbol üzrə yarışlar təşkil edilib. İdman yarışlarında rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən komandalar mübarizə aparıb. Ümumilikdə yarışlara Bakı Dövlət Universitetini, Azərbaycan Texniki Universitetini, Azərbaycan Memarlıq və İnşaat Universitetini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, Bakı Biznes Universitetini, Azərbaycan Milli Konservatoriyasını, Azərbaycan İlahiyyat İnstitutunu, 1 nömrəli Bakı Tibb Kollecini, 2 nömrəli Bakı Baza Tibb Kollecini, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini, İnşaat Kollecini və Azərbaycan Dövlət Pedaqoji Kolleci təmsil edən 422 nəfər gənc qatılıb ki, onlardan 300 nəfərini oğlanlar, 122 nəfərini isə qızlar təşkil edib. Yarışlar rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin idman qurğularında yüksək səviyyədə təşkil edilib.
Yarışların qaliblərinin mükafatlandırılması və təntənəli bağlanış mərasimi hərbi orkesrtin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Bağlanış mərasimdə Milli Məclisin vitse-spikeri, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənov, Yasamal rayonundan seçilmiş Millət vəkilləri Ülvi Quliyev, Elnur Allahverdiyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov iştirak edib.
Mərasimdə hər bir idman növü üzrə yarışlarda qalib gələn komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən müvafiq dərəcəli kubok, medal və diplomlarla təltif ediliblər.


20584 oxunub

InvestAZ