XƏBƏR LENTİ
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026



Pep Quardiola: «Biz yenidən düşünməli və geri qayıtmalıyıq»
İdman 10:32 / 05.05.2022
"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Çempionlar Liqasının yarımfinalında səfərdə "Real"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikrlərini bildirib.
"Biz finala yaxın idik, lakin bunu bacara bilmədik. Hər şey sadədir. İlk hissə orta səviyyədə keçdi. Çox əziyyət çəkməsək də, kifayət qədər yaxşı oynamadıq. Qol vurduqdan sonra daha yaxşı təsir bağışladıq. Biz tempimizi, oyunumuzu tapdıq, futbolçular özlərini rahat hiss etdilər. "Real” son 10 dəqiqə ərzində hücuma keçdi və biz əziyyət çəkdik. Militao, Rodriqo, Vinisius, Benzema da daxil olmaqla bir çox oyunçu cərimə meydançasında idi. "Real” böyük güclə irəli getdi. Onlar cinahlardan təzyiq göstərdilər və nəticədə iki qol vurdular. Hər zamankı kimi oynaya bilmədik. Futbolçular təzyiq hiss edirdilər və bu, yarımfinal üçün normaldır. Oyun belədir. Biz bunu qəbul etməliyik. Biz yenidən düşünməli və geri qayıtmalıyıq. Qarşıda bizi çempionatda daha dörd oyun gözləyir".


39249 oxunub

InvestAZ