XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Astaralı məktəblilər birinciliyin qalibi oldular
İdman 15:45 / 18.04.2019


Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Sərhəd” hərbi idman oyunlarının zona birinciliyi başa çatıb.
Yarışda Lənkəran, Astara və Lerik rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.
Zona birinciliyində komandalar "Sıra hazırlığı”, "Süni nəzarət iz zolağının yaradılması”, "Kəndir dartma”, "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, "Avtomatın sökülməsi və yığılması”, "Maneələrin dəf olunması”, ”Maskalanma”, "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi” mərhələlərində qüvvə və bacarıqlarını sınayıblar.
Yarışın yekun nəticələrinə əsasən, Astara şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci yerə sahib olaraq, iyun ayında "Sərhəd” hərbi idman oyunlarının respublika final mərhələsində iştirak etmək hüququ qazanıb.

26802 oxunub

InvestAZ