XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Məşhur sumo güləşçisi vətəndaşlıqdan imtina edəcək
İdman 13:31 / 18.04.2019


Məşhur sumo güləşçisi, yokodzuna dərəcəsinin sahibi, böyük çempion Hakuho Yaponiya vətəndaşlığı almaq üçün Monqolustan vətəndaşlığından imtina edəcək.
Hakuho bununla əlaqədar prosedurlara artıq başlayıb.
Xatırladaq ki, Hakuho rekord sayda – 42 dəfə sumo çempionatının qalibi olub.
Son iki ildə o, dəfələrlə bildirib ki, güləşçi karyerasını başa vurduqdan sonra Yaponiya Sumo Assosiasiyasının məktəblərindən birinin rəhbəri olmaq və gənc güləşçilər yetişdirmək niyyətindədir. Bunun üçün Hakuho Yaponiya vətəndaşı olmalıdır.
Əlavə olaraq bildirilir ki, Hakuho müvafiq sənədləri Monqolustanın hakimiyyət orqanlarına artıq təqdim edib.

26266 oxunub

InvestAZ