XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Açıq əyləncəli futbol məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Cocuq Mərcanlıda keçirilib
İdman 10:52 / 18.04.2019

AFFA-nın və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Açıq əyləncəli futbol məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə AFFA-nın birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, deputat İlham Əliyev, Cəbrayıl rayon gənclər və idman idarəsinin rəisi Emin Məstəliyev iştirak ediblər.
Çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.
Layihə çərçivəsində uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.
Xatırladaq ki, 7-12 yaşlı oğlan və qızların iştirakını nəzərdə tutan bu layihənin əsas məqsədi uşaq futbolunun inkişafına kömək göstərmək, uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzinin təbliğ etməkdir.


18147 oxunub

InvestAZ