XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qrossmeysterimiz polşalı şahmatçı ilə üz-üzə gələcək
İdman 15:48 / 18.01.2022
Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Masters” şahmat superturniri davam edir. Bu gün yarışda dördüncü turunun oyunları təşkil olunacaq. Yarışda ölkəmizin yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda polşalı Yan Kşiştov Duda ilə qarşılaşacaq.
Xatırladaq ki, zəka sahibimiz ötən 3 turun qarşılaşmalarını heç-heçə ilə baş vurub. Hazırda şahmatçımızın aktivində 1,5 xal var.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Yarışda 14 şahmatçı iştirak edir.

16977 oxunub

InvestAZ