XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Paytaxtın ən güclüləri müəyyənləşdi
İdman 13:42 / 16.04.2019


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə şotokan karate-do üzrə Bakı şəhər çempionatı keçirilib. Yarışda 112 idmançı mübarizə aparıb. Yarışın nəticələrinə görə, 10-11 yaş qrupu üzrə İsmayıl Xamoyev, Ələddin Məlikov, Ayxan Ağamirzəli, Aqşin Qarayev, 12-13 yaş üzrə Amin Yadigarlı, Məhəmməd Xamoyev, Əli Hacıyev, Ceyhun Babacanov, 14-15 yaşda Vahid Hüseynov, Səid Kərimov, Azər Tapdıqlı, Hüseyn Əliyev, Səməd Abbaslı, 16-17 yaş üzrə Rəvan İsmayılzadə, Hüseyn Məmmədli, Abbas Dadaşov, Hüseyn Hüseynzadə, Fərid Şahbazlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışda ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

20103 oxunub

InvestAZ