XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqası: 1/4 mərhələdə ən azı iki ingilis komandası yarışla vidalaşacaq
İdman 10:26 / 16.04.2019

Bu gün və sabah UEFA Çempionlar Liqasının 1/4 final mərəhəsinin cavab qarşılaşmaları keçirələcək. Bununla da ən güclü komandaların finala gedən yolunda zəiflər mübarizəni dayandıracaq. Amma nəzərə almaq lazımdır ki, bu mərhələyə asan və zəif komanda gəlib çıxa bilməzdi. Lakin iki güclünün arasında bir zəif olmalıdır. 1/4 final mərhələsinin ilk görüşündə "Barselona” "Mançester Yunayted”in müqavimətini qıra bilmişdi. Lakin minimum hesablı qələbə hələ növbəti mərhələ üçün yetərli sayılmır. Nəzərə alsaq ki, ÇL-də mübarizə aparan yeganə İspaniya təmsilçisi cavab oyununu doğma azarkeşlər önündə keçirəcək, onda "Barselona” çətin ki, bu imkanı əldən versin. O ki qaldı "Mançester Yunayted”ə, bu komanda İngiltərə də keçirilən ilk görüşdə elə də iddialı görünmədi. Matçı seyr edənlərə elə təsir bağışladı ki, sanki, "Barselona” öz evində oynayır. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, İspaniya klubu bu cütün cavab görüşündə əsas favoritdir. Günün növbəti görüşü isə daha böyük maraq kəsb edir. "Ayaks” bu dəfə Turində öz bacarığını göstərməyə çalışacaq. Amsterdam təmsilçisi "Yuventus”la səfərdə fərqlənməyə cəhd edəcək. Cütün qalibi adı uğrunda favorit hələ də dəqiq deyil. Nəzərə alsaq ki, "Ayaks” əvvəlki mərhələdə "Real”a evdə uduzub, səfərdə böyük hesabla qalib gəlib, deməli amsterdamlılar Turində də asan təslim olmayacaqlar. ÇL-də çempionluğa neçə ildir ki, həsrət qalan "Qoca Sinyora” çətin ki, bu mərhələdə uduzsun. Buna görə hətta şənbə günü A seriyasında "Spal”a qarşı görüşdə heyətin əsas üzvlərinə istirahət vermişdi. Ronaldodan asılı vəziyyətə düşən komanda həmin görüşdə onsuz həm məğlubiyyətə uğradı, həm də vaxtından əvvəl çempion ola bilmədi. Halbuki turinlilərə çempion olmaq üçün bir xal kifayət edirdi. Görünür, Alleqrinin komandası bu qələbəni "Ayaks” səddini keçdikdən sonra qazanmaq istəyir. "Ayaks” isə rəqibdən fərqli olaraq əsas heyətlə elə həmin gün "Ekselsior”la görüşdə böyük hesablı qələbə əldə etmişdi - 6:2. Bəlkə də, fərq elə bundadır.
"Enfild” stadionunda 2 top vuraraq qələbə qazanan "Liverpul” bu dəfə "Draqao”da Portu ilə üz-üzə gələcək. Yurgen Kloppun komandasını ən azı qollu heç-heçə də qane edir. Amma bu mövsümün tapıntısı olan "Portu” qələbə üçün son dəqiqələrə qədər mübarizə aparacaq. Mərhələnin daha bir matçı "Mançester Siti” və "Tottenhem” arasında təşkil olunacaq. İlk görüşdə bir qol fərqi ilə qələbə qazanan Maurisio Poçettinonun komandası səfərdə də fərqlənmək niyyətindədir. Rəqib meydanında vurulacaq bir qol növbəti mərhələ üçün kifayət edə bilər. Lakin "Tottenhem”in hücumçusu Harri Keynin zədəli olması komanda üçün böyük itki sayılır. Bütün bu deyilənlər sadəcə ehtimaldır. Hər şey matçlarda 90 dəqiqənin fiti səslənəndə müəyyənləşəcək.

20227 oxunub

InvestAZ