XƏBƏR LENTİ
22 Yanvar 2022
21 Yanvar 2022
20 Yanvar 2022
19 Yanvar 2022
18 Yanvar 2022
17 Yanvar 2022
16 Yanvar 2022



Kişi boksçular arasında yarımfinalçılar müəyyənləşdi
İdman 09:57 / 14.01.2022
Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub. 29 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 3-cü günündə 17 döyüş təşkil olunub.
Görüşləri Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov da izləyib.
5 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmamızın aparıcı boksçularından Malik Həsənov (63,5), Cavid Çələbiyev (67 kq) və Kamran Şahsuvarlı (80 kq) da final üçün döyüşmək hüququ qazanıblar.
Qeyd edək ki, çempionatda sabah yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlanacaq.

Azərbaycan çempionatı
III günün nəticələri
57 kq
Ümid Rüstəmov (DİN İK) – Elnur Beydizadə (DGK İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Əzrək Bəbirov (BFL) – Hüseyn Əliyev ("Səbial” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Əflatun Babayev (Siyəzən) – Nihat Abdullayev ("Qızıl Əlcək” İK) – 0:5
Vüsal Kazımov ("Sərhədçi” İK) – Maqsud Xasmetov ("Abşeron” İK) – 0:5

63,5 kq
Ruslan Rüstəmov (BFL) – Kənan Kazımov ("Qəbələ” İK) – 5:0
Emil Quliyev (DGK İK) – Həsən İbrahimov ("Kür” İK) – birinci döyüşə gəlməyib
Malik Həsənov ("Neftçi” İK) – Ramil Məmmədzadə (Sumqayıt) – 5:0
Cəlal Qurbanov ("Səbail” İK) – Bəxtiyar Qazıbəyov (DİN İK) – 5:0

67 kq
Nəbi İsgəndərov ("Neftçi” İK) – Fariz Süleymanov (DGK İK) – birinci tam üstünlüklə qalib gəlib
Ələkbər Həbibov ("Kür” İK) – Cavid Çələbiyev ("Qəbələ” İK) – birinci döyüşə gəlməyib
Pərvin Heydərov ("Qızıl Əlcək” İK) – Rəhman Quliyev (Gəncə) – 5:0
Xalnbala Qurbanov (BFL) – Elməddin İsmayılov ("Zenit” İC) – 0:5

80 kq
Murad Allahverdiyev ("Neftçi” İK) – Orxan Aydəmirov (Olp18) – birinci tam üstünlüklə qalib gəlib
Yusif Həbibov ("Məhsul” İC) – Fərid Qəribov ("Qızıl Əlcək” İK) – 0:5
Səməd İsmayılzadə (Gəncə) – Kamran Şahsuvarlı ("Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib
Elşad Şahbazov ("Sərhədçi” İK) – Elmir Süleymanov (BFL) – 0:5

92 kq
Fuad Cəfərov ("Səbail” İK) – Sadiq Səmədov (Göygöl) – həkim döyüşün davam etdirilməsinə icazə verməyib, birinci qalib gəlib


945 oxunub

InvestAZ