XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Şahmatçılarımız “Yaz festivalı”nın üçüncü turunu məğlubiyyətsiz başa vurublar
İdman 11:00 / 14.04.2019


Macarıstanın paytaxtı Budapeştdə keçirilən şahmat üzrə "Yaz festivalı”nın üçüncü turunun oyunlarına yekun vurulub.

Azərbaycan şahmatçıları festivalın üçüncü turunu məğlubiyyətsiz başa vurublar. Əvvəlki iki turda qalib gələn Nail Bəşirli üçüncü turda Hindistan təmsilçisi Kalyan Arcun ilə heç-heçə edib. Hazırda şahmatçımızın aktivində 2,5 xal var. Aktivində 1 qələbə və 1 heç-heçə olan Vüqar Əsədli malayziyalı Vonq Cianvenə qalib gələrək xalların sayını 2,5-ə çatdırıb. Bu turda Zaur Bayramov da qələbə qazanıb. İsveçrəli rəqibi Aditya Subramanianı məğlub edən zəka sahibimiz turnir cədvəlində xeyli irəliləyib. Şahmatçımız üç turun yekununda 1,5 xal toplayıb.

Qeyd edək ki, yarışda 36 ölkədən 150-yə yaxın şahmatçı mübarizə aparır.


18969 oxunub

InvestAZ